İlham Əliyev: Sülh müqaviləsi üzərində işə başlamaq təklifimiz hələlik cavabsız qalır

24.06.2022,10:21


24 iyun, Fineko/abc.az. Bu gün, əlbəttə, regionda vəziyyət, münaqişədən sonrakı vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə danışacağıq. Siz bizim mövqeyimizi bilirsiniz. Bu mövqe regionda uzunmüddətli sülhün bərqərar olmasına yönəlib. 

ABC.AZ xəbər verir ki, bu fikri Prezident İlham Əliyev iyunun 23-də  Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi barədə danışarkən deyib.

"Əminəm ki, göstərdiyimiz səylər Ermənistan tərəfindən də müsbət qəbul ediləcək və çoxillik qarşıdurmaya son qoyulacaq. Sülh müqaviləsi üzərində işə başlamaq barədə bizim təklifimiz hələlik cavabsız qalır, lakin biz hələ ümid edirik ki, bu təklif müsbət qəbul ediləcək." - deyə Prezident əlavə edib.