“Bank BTB”- nin istiqrazları üzrə hərracın tarixi açıqlanıb

24.06.2022,10:48


24 iyun, Fineko abc.az.  İyunun 28-də “Bakı Fond Birjası" QSC-də (BFB) “Bank BTB” ASC-nin ümumi dəyəri 3  milyon manat olan  istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Bu barədə ABC.AZ BFB-yə istinadən xəbər verir.

Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 3 000 ədəd istiqrazdan gedir.  Qiymətli kağızlar 6 il tədavüldə olacaq.

Onların illik gəlirliliyi 9 %-dir. Faizlər bir aydan bir ödəniləcək.

Prosesin anderrayteri “BTB Kapital İnvestisiya Şirkəti ” QSC-dir.