"Space" kanalında araşdırma gedir - Detallar

14:06 - 24.06.2022


24 iyun, Fineko/abc.az. “Audovizual Şuranın “Space” televiziyasına xəbərdarlığı barədə məlumatım var. Hazırda mütəxəssislərimiz tərəfindən xəbərdarlıqda qeyd olunan məsələlərlə bağlı araşdırma gedir. Yəqin ki, bu gün, ya sabah Audiovizual Şuraya bu barədə fikirlərimizi bildirəcəyik”.

ABC.AZ xəbər verir ki, bunu yerli mətbuata  açıqlamasında “Space” televiziyasının rəhbəri Müşfiq Hətəmov deyib.

Qeyd edək ki, Şuradan verilən məlumata görə, iclasda “Space” televiziya yayımçısının efirində 21 iyun 2022-ci il tarixdə saat 22:30-23:40 arası yayımlanan “Elin sözü” proqramında “Media haqqında” Qanunun 14.1.4-cü (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin təbliğ olunması) və 14.1.12-ci maddələrinin (parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməsi) tələblərinin pozulması faktları müzakirə olunub.

Bütün xəbərlər