Zəngəzur regionunda Azərbaycan-Rusiya birgə mərkəzi yaradılıb

15:07 - 24.06.2022


24 iyun, Fineko/abc.az. Ötən ilin oktyabrında “KamAZ” şirkəti və Gəncə Avtomobil Zavodu tərəfindən Şərqi Zəngəzur regionundakı sənaye parkında Azərbaycan-Rusiya birgə mərkəzi yaradılıb.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycanın XİN başçısı Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Ceyhun Bayramov qeyd edib ki, Horadiz-Ağbənd dəmir yolu üçün Azərbaycan Rusiyadan 20 min ton dəmir yolu relsi alacaq: “Rusiya şirkətləri ilə 20 min ton dəmir yolu relsinin alınması barədə müqavilə var. Bu müqavilənin də artıq üçdə bir hissəsi yerinə yetirilib”.

Bütün xəbərlər