Rusiyaya qarşı yeni koalisiya yaradılır - Təfərrüat

24.06.2022,17:03


24 iyun, Fineko/abc.az. “Avropa İttifaqı və NATO Rusiya ilə müharibəyə hazırlaşmaq üçün koalisiya yaradırlar”.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Aİ hərbi-siyasi blok deyil və bu səbəbdən də, NATO-dan fərqli olaraq, onun digər ölkələrlə münasibətlərinin inkişafı Rusiya üçün heç bir təhlükə və ya risk yaratmır”, - deyə Lavrov Ukrayna və Moldovanın Aİ-yə daxil olması məsələsinə toxunarkən söyləyib.