Yaponiyada bir ədəd albalı 296 dollara satılıb

12:01 - 28.06.2022


28 iyun, Fineko/abc.az. Yaponiyada 1 ədəd albalının qiyməti 40 000 yen - təxminən 296 dollar təşkil edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, üç il əvvəl Aomori prefekturasından olan istehsalçılar öz yetişdirdikləri albalıların “Aomori Heartbeat” adlı yeni növünü fəal şəkildə bazara çıxarmağa başlayıblar.

Artıq bu sortdan olan albalılar bazarda öz alıcısına təklif edilir. Sözügedən sort albalılar qeyd edildiyi kimi ilk dəfədir 296 dollara satılıb.

Yeni sortun diametri 2-2,5 santimetrə qədər olan giləmeyvə ölçüsü ilə seçilir və onlar açıq qırmızı rəngi, parlaqlığı və zəngin dad balansı ilə də qeyd oluna bilər.

Müəllif: Elmir Murad

Bütün xəbərlər