Azərbaycan əhalisinin 51 faizi facebookdan istifadə edir

12:25 - 28.06.2022


28 iyun, Fineko/abc.az. Bu ilin may ayında Azərbaycanda "Facebook" sosial şəbəkə istifadəçilərinin sayı aprel ayı ilə müqayisədə 3% və ya 156,2 min nəfər artıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, iyunun 1-i tarixinə ölkə üzrə 5 255,1 min nəfər aktiv "Facebook" istifadəçisi qeydə alınıb ki, bu da ölkə əhalisinin 51%-ni təşkil edir. Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə isə istifadəçi sayı 22,1% və ya 977,1 min nəfər artıb.

İstifadəçilərin 63,2%-i kişilər, 36,8%-i isə qadınlardır. Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1 720,8 min) ibarət olub.

Bu yaş istifadəçi kateqoriyası arasında kişilər 1 100,0 min nəfərlə liderlik edir.

Bütün xəbərlər