Onlara verilən müavinət artırılacaq - Hazırda işlər aparılır

14:34 - 28.06.2022


28 iyun, Fineko/abc.az. İndiyədək 15 min müharibə iştirakçısı məşğulluq proqramı çərçivəsində işə cəlb edilib.

ABC.AZ xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gələcəkdə daha çox sayda müharibə iştirakçısı məşğulluq proqramı çərçivəsində işə cəlb olunacaq.

"Onlar sağlamdır və işləyə bilərlər. Biz onları işlə təmin etməyə çalışacağıq", - nazir deyib.

O eyni zamanda müharibə veteranlarına verilən 80 manatlıq müavinət məsələsinə aydınlıq gətirərək deyib ki, bu məbləğin artırılması üzərində iş gedir və sosial islahatlar çərçivəsində baxılacaq.

Bütün xəbərlər