Bakıda toy maşınları neçəyə kirayə verilir?

28.06.2022,15:02


28 iyun, Fineko/abc.az. Pandemiya zamanında toy karvanı arxa plana düşsə də, hazırda bu sahədə əməlli-başlı canlanma var. Belə ki, toy məclisi keçirən cütlüklər bahalı və lüks avtomobilləri kirayə götürərək fərqlənməyə çalışırlar.

ABC.AZ xəbər verir ki, sürücülər hazırda toy avtomobillərinə tələbatın xeyli artdığını bildirir. Onlar iddia edir ki, hər kəs istəyir ki, hər bir detal xüsusi olsun.

Avtomobillərin modellərinə görə qiymətlər dəyişir.

Qeyd edək ki, hazırda toy maşınlarının qiyməti 60 manatdan balayaraq 250 manatadək dəyişir.

Müəllif: Elmir Murad