Bakıda iki bankın əmlakları satışa çıxarılır - 20 milyon manat qiymət qoyulub

15:14 - 28.06.2022


28 iyun, Fineko/abc.az. İyulun 6-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Atabank" ASC-nin, iyulun 20-də isə "Bank Standard" QSC-nin daşınmaz əmlaklarının satışı üzrə növbəti açıq hərraclar keçiriləcək.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb. Məlumata görə, söhbət "Atabank"a məxsus Bakı şəhəri, Xətai rayonu, 1168-ci məhəllə, Xocalı prospekti 45A ünvanında yerləşən 9 624,7 kv.m-lik qeyri-yaşayış sahəsindən və "Bank Standard"a məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Rəşid Behbudov küçəsi, döngə 1 ünvanında yerləşən 1 034,8 kv.m-lik əmlak kompleksindən gedir. Əmlaklara müvafiq olaraq 20 milyon manat və 730 min manat qiymət qoyulub.

Bütün xəbərlər