Son 5 ayda sahibkarlara bu qədər güzəştli kredit verilib

28.06.2022,16:20


28 iyun, Fineko/abc.az. 2022-ci ilin yanvar-may ayları ərzində sahibkarlıq subyektlərinin 1 226 investisiya layihəsinin maliyyələşdirilməsinə 43.7 mln. manat güzəştli kredit verilib. Bu da illik müqayisədə 75.5% çoxdur. Belə ki, ötən ilin müvafiq dövründə bu göstərici 339 layihə üzrə 24.9 milyon manat təşkil edib.

ABC.AZ Sahibkarlığın İnkişafı Fonduna istinadən xəbər verir ki, keçən il olduğu kimi, 2022-ci ildə də maliyyə dəstəyindən faydalananların əksəriyyəti mikro, kiçik və orta sahibkarlıq subyektləri (KOB) olub.

2022-ci ilin ötən dövründə güzəştli kreditlərin layihə sayı üzrə 99.9%-i, kreditin məbləği üzrə isə 95.4%-i KOB subyektlərinin payına düşür.