Amerika istehsalçısı Rusiyadakı biznesini Türkiyə şirkətinə satacaq

16:35 - 28.06.2022


28 iyun, Fineko/abc.az. Amerikanın məişət texnikası istehsalçısı “Indesit” və “Hotpoint” Rusiya biznesini Türkiyənin “Arçelik” şirkətinə satacaq.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, müəssisədə 2,5 minə yaxın insan çalışır.

Şirkətlərin yeni sahibi Indesit, Hotpoint və Stinol brendlərindən istifadə edə biləcək və Rusiya Federasiyasında avadanlıq istehsalı davam edəcək.

Müqavilə 220 milyon avro dəyərində qiymətləndirilir və ödənişlər on il ərzində həyata keçiriləcək.

Bütün xəbərlər