28.06.2022,17:11
28 iyun, Fineko/abc.az. Rusiyanın İrkutsk vilayətinin 38 və 58 yaşlı iki kişi qaçaqmalçılıq və dələduzluq hallarına görə ittiham olunur.
ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar 2012-2014-cü illərdə qanunsuz olaraq Çin, Cənubi Koreya, Özbəkistan, Azərbaycan və Yaponiyaya dəyəri 400 milyon rubldan çox olan taxta-şalban göndərib, eləcə də 2011-2014-cü illərdə vergi orqanlarına saxta sənədlər təqdim edərək 61 milyon rubldan çox əlavə dəyər vergisinin (ƏDV) ödənilməsindən yayınıblar.
Təqsirləndirilən şəxslər növbəti dəfə 115 milyon rubl ƏDV-ni ödəməkdən yayınmaq istədikdə Federal Vergi Xidməti bunun qarşısını alıb. Vətəndaşların 44 milyon rubldan çox vəsaitinə həbs qoyulub.
06 Avgust 2022 | 13:22
06 Avgust 2022 | 11:30
05 Avgust 2022 | 17:26
05 Avgust 2022 | 17:23
05 Avgust 2022 | 17:12
05 Avgust 2022 | 16:59
05 Avgust 2022 | 16:52
05 Avgust 2022 | 16:35
05 Avgust 2022 | 16:22
05 Avgust 2022 | 16:12
05 Avgust 2022 | 16:06
05 Avgust 2022 | 15:49
05 Avgust 2022 | 15:28
05 Avgust 2022 | 15:27
05 Avgust 2022 | 15:03
06 Avgust 2022 | 13:22