17:20 - 28.06.2022
28 iyun, Fineko/abc.az. Bölgələrdə taxıl biçini davam edir.
ABC.AZ xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, hazırda Azərbaycanın 61 rayonunda biçin gedir.
Aran bölgələrində arpa biçini yekunlaşmaq üzrədir, artıq əksər rayonlarda kütləvi buğda biçininə başlanıb. Bugünədək sahələrdən ümumilikdə 1 milyon 364 min 844 ton məhsul yığılıb. Biçin davam edir.
Biçin prosesinə 1503 taxılbiçən kombayn cəlb olunub. Aktiv biçin prosesində “Aqroservis” ASC-nin yerli bölmələrinin 649, fiziki və hüquqi şəxslərin isə 854 kombaynı iştirak edir. “Aqroservis” ASC tərəfindən biçin gedən rayonlara hazırda biçin aparılmayan dağətəyi və dağlıq ərazilərdə yerləşən bölmələrdən əlavə kombaynlar dislokasiya olunub.
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
27 Mart 2024
27 Mart 2024
27 Mart 2024