Bakıda "pulsuz Wi-Fi" xidməti dayandırılır

11:01 - 29.06.2022


29 iyun, Fineko/abc.az. Bakıda bir çox yerdə quraşdırılan "pulsuz Wi-Fi" xidməti dayandırılacaq.

ABC.AZ xəbər verir ki, bu barədə İTV-yə açıqlamasında "Bakı Telefon Rabitəsi" MMC-nin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Alidə Mustafayeva bildirib.

Onun sözlərinə görə, 29 iyundan etibarən bu ərazilərdə "İctimai Wi-Fi" xidməti fəaliyyət göstərməyəcək:

“Qış parkı"

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi

“Sabir bağı”

“Xaqani” bağı

“Axundov bağı”

“Zabitlər” parkı

“Hüseyn Cavid” parkı

“İzmir” parkı

“Sahil bağı”

“Səməd Vurğun” bağı

“Muğan” bağı,

“Fashion Avenue” parkı

“Dədə Qorqud” parkı

Beynəlxalq Avtovağzalın perronu.

Eyni zamanda üç ərazidə "pulsuz Wi-Fi" xidmətinin fəaliyyətinin daha da təkminləşdirilməsi nəzərdə tutulub. Bunlar Dənizkənarı Milli Park, Dövlət Bayraq Meydanı, Heydər Əliyev Məkrəzinin parkıdır.

Bütün xəbərlər