ABŞ-ın konsaltinq şirkəti Bakıda ofis açır

11:20 - 29.06.2022


29 iyun, Fineko/abc.az. ‘Boston Consulting Group’ (BCG) şirkəti Bakıda yeni ofis açdığını elan edir.

ABC.AZ xəbər verir ki, bu addım Azərbaycandakı müştəri və tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsinə və genişləndirilməsinə imkan verməklə yanaşı strateji konsaltinq sahəsində peşəkar karyera qurmaqda maraqlı olan istedadlı gənclər üçün yeni fürsətlərə yol açır.

BCG-nin Bakı ofisinin rəhbəri, BCG-nin İdarəedici Direktoru və Böyük Ortağı, EMC[1] regionunda energetika istiqaməti üzrə rəhbər Kirill Tuişev qeyd edir ki, “Bakıda yeni ofis açmaqla müştərilərimizə, BCG-nin Azərbaycanda uzun-müddətli inkişaf strategiyasına sadiqliyimizi bir daha təsdiqləmiş oluruq.

Bütün xəbərlər