Beş ayda Azərbaycana nə qədər avtomobil gətirilib?

29.06.2022,14:28


29 iyun, Fineko/abc.az. Yanvar-may aylarında Azərbaycana 369 milyon 468 min ABŞ dolları dəyərində 28 min 681 avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 292-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 26 min 408-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 1851-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 130-u isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.