Bir ayda 31 862 daşınmaz əmlakın mülkiyyət hüququnun qeydiyyatı aparılıb

29.06.2022,15:14


29 iyun, Fineko/abc.az. Bu ilin may ayında 31 862 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, onlardan 3 856 fərdi yaşayış və bağ evidir.

Hesabat dövründə mülkiyyət hüququnun qeydiyyatı aparılan mənzil sayı isə 6 744 olub.

Dövlət Xidmətinin məlumatına əsasən, 20 344 torpaq sahəsi üzərində də analoji qeydiyyat aparılıb.