Bakıdakı “Sherlock’s” restoranı söküldü

17:26 - 29.06.2022


29 iyun, Fineko/abc.az. Xəzər dənizi sahilində illər əvvəl qanunsuz olaraq tikilən hasarların və iaşə obyektlərinin söküntü işləri aparılır.

ABC.AZ xəbər verir ki, bu barədə “Baku TV” məlumat yayıb.

Bildirilir ki, bu gün Xəzər rayonu Buzovna çimərliyi ətrafında sahil boyu vətəndaşların sərbəst şəkildə çimərliyə daxil olub istirahət etmələrinə maneə törədən, qanunsuz olaraq inşa edilən obyektlər də sökülür.

Belə ki, illərdir fəaliyyət göstərən çimərlikdən bir neçə metr məsafədə yerləşən məşhur “Sherlock’s” restoranı artıq sökülüb.

Bütün xəbərlər