Əli Həsənova məxsus olduğu iddia edilən İnfornasiya Agentliyi bağlanır?

30.06.2022,10:33


30 iyun, Fineko/abc.az. “Azadinform Müstəqil İnformasiya Agentliyi” Məhdud Məsuliyyətli Törəmə Cəmiyyəti (VÖEN- 1700115961) nizamnamə kapitalının azaldığını elan edib.

ABC.AZ Yeniavaz-a istinadən xəbər verir ki, Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan “Azadinform Müstəqil İnformasiya Agentliyi” 15.03.2002-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Hazırda 210 manat nizamnamə kapitalı olan “Azadinform”un qanuni təmsilçisi Həsənov İbrahim Nurəddin oğludur.

Məlumat üçün bildirək ki, “Azadinform”un qeydiyyatda olduğu Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənоvun ailə üzvlərinə bağlı olan şirkətlər yerləşir.