Daha bir rayonun baş memarı saxlanıldı

11:19 - 30.06.2022


30 iyun, Fineko/abc.az. Sabirabadın baş memarı saxlanılıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Qasımov Müşviq Vidadi oğlu oğlu tutulub.

O külli miqdarda rüşvət almaqda və mənimsəmədə şübhəli bilinir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, qeyd edilən faktla bağlı ictimaiyyətə açıqlama veriləcək.

 

Bütün xəbərlər