Gürcüstan iqtisadiyyatı böyüyüb

11:59 - 30.06.2022


30 iyun, Fineko/abc.az. Bu ilin may ayında Gürcüstanda istehsal edilmiş Ümumi Daxili Məhsulun (ÜDM) real dəyəri illik müqayisədə 11,6 % artıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Hesabat ayında əhəmiyyətli artım nəqliyyat və anbar təsərrüfatı, elektrik, qaz, buxar və kondisioner təchizatı, mehmanxana və restoranlar, istehsal, tikinti, mədənçıxarma sənayesində qeydə alınıb.

Bütün xəbərlər