“Al Market” MMC yenə cərimələnir - Detallar

12:12 - 30.06.2022


30 iyun, Fineko/abc.az. “Al Market” MMC əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalar törədib.

ABC.AZ xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə irəli sürülüb.

Protokol Abşeron Rayon Məhkəməsinə göndərilib, hakim Vaqif Həsənova təyin edilib.

İXM-nin 211.3-cü maddəsinə görə, fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.

Bütün xəbərlər