Valyuta hərracında banklar tələbi artırdılar

12:29 - 30.06.2022


30 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, iyunun 30-da keçirilən valyuta hərracında $18,6 mln satılıb. Bu, ötən hərracda olduğundan $7 mln (60,34%) çoxdur.

"Banklar tərəfindən valyuta hərracında tələb $18,6 mln. təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

2022-ci ilin iyun ayı ərzində valyuta hərraclarında $278,3 mln. satılıb.

Bütün xəbərlər