Dövlət Neft Fondunun valyuta satışı azalıb

11:42 - 1.07.2022


1 iyul, Fineko/abc.az. Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin iyun ayı ərzində 278,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu barədə ABC.AZ-a Fonddan bildirilib.

Xatırladaq ki, Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin may ayı ərzində 288 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Həmçinin, Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin yanvar ayı ərzində 727 milyon ABŞ dolları, fevral ayı ərzində 371,2 milyon ABŞ dolları, mart ayı ərzində 526,2 milyon ABŞ dolları , aprel ayı ərzində isə 548,7 milyon ABŞ dolları məbləğində valyuta satılıb.

Bütün xəbərlər