ABŞ-ın 800 şirkəti Ukrayna üçün silah istehsal etmək istəyir

01.07.2022,13:59


1 iyul, Fineko/abc.az. ABŞ Müdafiə Nazirliyi 800 şirkətin Ukrayna üçün innovativ silah istehsalı ilə bağlı 1300 təklifini nəzərdən keçirir.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Pentaqon yaxın həftələrdə Ukrayna üçün mümkün silah istehsalı ideyaları ilə bağlı qərarını verməlidir.

Məlumata görə, ABŞ Müdafiə Nazirliyi layihələri 30 gün ərzində və yaxud daha qəliz layihələri 180 günə həyata keçirməyi bacaran istehsalçılar axtarır.