Prezident onlara general rütbəsi verdi - Sərəncam

14:37 - 1.07.2022


1 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında" sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, sərəncamla Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib:

polis polkovniki Canpolad Alı oğlu Daanova

polis polkovniki Namiq Zirəddin oğlu Həsənova

polis polkovniki Vüqar Hidayət oğlu Ələkbərova

polis polkovniki Sərdar Süleyman oğlu Səfərova.

Bütün xəbərlər