Azərbaycanın qızıl ixracı azalıb

01.07.2022,15:29


1 iyul, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycan 62,9 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 28% azdır.

ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən  xəbər verir ki, 2021-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 87,4 mln. dollar təşkil edib.

Məlumata görə, may ayında Azərbaycan 14,9 mln. dollarlıq qızıl ixrac edib ki, bu da illik müqayisədə 34,6% azdır.