Neft ucuzlaşır, Brent barrel başına $111,50 təşkil edir

10:14 - 4.07.2022


4 iyul, Fineko/abc.az. Ötən həftənin nəticələrinə görə artımdan sonra, bazar ertəsi günü bazarda etalon markaların qiymətləri azalır.

Saat 09:14-də London ICE Futures birjasında Brent neftinin sentyabr fyuçersləri $0,13 (0,12%) - barrel başına $111,50 ucuzlaşıb. 1 iyul tarixində baş tutan ticarətin nəticələrinə görə, iyulun 1 - də Brent neftinin sentyabr fyuçersi $2,60 (2,39%) - barrel başına $111,63-ə yüksəldi.

Saat 09:14-də Nyu-York əmtəə birjasının (NYMEX) ticarətində WTI-nin avqust fyuçersləri 0,10 (0,09%) barrel başına $108,33 - ə qədər ucuzlaşıb. 1 iyul ticarətinin nəticələrinə görə, avqust fyuçerslərinin qiyməti $2,67 (2,53%) - barrel başına $108,43-ə yüksəldi.

Brent markalı neftin qiyməti ötən həftə ərzində 2,3%, WTI - 0,8% artıb.


Bütün xəbərlər