Avropada qazın qiyməti 1600 dolları keçdi

14:55 - 4.07.2022


4 iyul, Fineko/abc.az. Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1000 kubmetrinin qiyməti 1 600 ABŞ dollarını ötüb.

ABC.AZ xəbər verir ki, 4 iyul tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) avqust fyuçerslərinin qiyməti 1 602,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 0,4% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Bütün xəbərlər