Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək körpünün tikintisinə başlanacaq – Nazir

04.07.2022,15:55


4 iyul, Fineko/abc.az. “Şərqi Zəngəzuru və Naxçıvanı birləşdirəcək ilk körpünün tikintisinə yaxın zamanda başlanacaq”.

ABC.AZ xəbər verir ki, bəİranın “Mehr” agentliyinin yaydığı məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahian ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, ilk körpünün texniki göstəriciləri artıq razılaşdırılıb və tezliklə tikinti işlərinə başlanılacaq.

“Biz həmçinin İranın regional formatlar, o cümlədən “3+3” mexanizmi çərçivəsində iştiraka və əməkdaşlığa konstruktiv mövqeyini alqışlayırıq. Yaxın gələcəkdə, “3+3” mexanizmi çərçivcəsində növbəti görüşə məhz İran ev sahibliyi edəcək”, - Azərbaycanın XİN rəhbəri bildirib.