Pensiyalar bu tarixdə ödəniləcək

05.07.2022,10:23


5 iyul, Fineko/abc.az. İyulun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.

Bu barədə ABC.AZ-a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Qeyd edilib ki, 2022-ci il üzrə ödənilən 200 manat maddi yardımın növbəti rüb üzrə veriləcək 50 manatı da iyul ayının pensiyasının üzərinə əlavə olunacaq.

Rəsmi məlumata görə, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.