"Azəristiliktəchizat" ASC zərər edib, amma ziyanı gizlətməyə çalışır

11:02 - 5.07.2022


5 iyul, Fineko/abc.az. "Azəristiliktəchizat" ASC 2021-ci ildəki fəaliyyətin nəticəsi olaraq yaranmış zərəri gizlətməyə çalışıb.

ABC.AZ xəbər verirki, şirkət ictimaiyyətə açıqladığı yarımçıq hesabatda gəlir, xərc və mənfəət zərər hissələrini əks etdirən hissəni açıqlamayıb. Bununla yanaşı, şirkətin aktivləri, öhdəlik və kapitalı ilə bağlı rəqəmlər "Azəristiliktəchizat" ASC-nin növbəti ili də zərərlə başa vurduğunu göstərir.

Belə ki, 2021-ci ildə "Azəristiliktəchizat" ASC-nin cəmi aktivləri təqribən 2 milyon manat artaraq 187,6 milyon manatdan 189.6 milyon manata yüksəlib.

Aktivlərin artımı qurumun debitor (yəni alacağı) borcları və nağd vəsaitlər hesabına təmin edilib. Əvəzində 2020-ci illə müqayisədə 2021-ci ildə "Azəristiliktəchizat" ASC-nin əsas vəsaitləri azalaraqa 153 milyondan 150 milyon manata enib. Şirkətin kapitalında isə azalma var, hesabatdan aydın olur ki, ASC ili zərərlə tamamlayıb. Belə ki, Cəmiyyətin nizamnamə kapitalı dəyişməyib – 136 milyon 685 min manat olaraq qalıb.

Bütün xəbərlər