"Azəripək" MMC-nin direktoru dəyişdi - Detallar

11:39 - 5.07.2022


5 iyul, Fineko/abc.az. "Azərbaycan Sənaye Korporasiyası" ASC-ə (ASK) məxsus "Azəripək" MMC-nin direktoru Zaur Yaqubov işdən çıxıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Səməd Nəbiyevə həvalə edilib.

O, bundan əvvəl ASK-ya məxsus "ASK Şüşə" MMC-nin direktoru vəzifəsində çalışıb.

“Azəripək” 2018-ci ildə yaradılıb. Nizamnamə kapitalı 11 546 479,17 manat olan şirkətin tərkibindəki istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalatı, burucu sex daxildir.

Bütün xəbərlər