Norveç şirkəti tətilə görə gündə 52,1 milyon dollar itirir

05.07.2022,11:50


5 iyul, Fineko/abc.az. Equinor (keçmiş Statoil) başlayan işçilərin tətili nəticəsində gündə yarım milyard Norveç kronundan çox itkiyə məruz qalır.

ABC.AZ xəbər verir ki, bu barədə Norveçin Neft və Qaz Sənayesi İşəgötürənləri Assosiasiyası məlumat yayıb.

"Yeddi yatağın bağlanması ilə əlaqədar olaraq, gündəlik itkilər 521 milyon Norveç kronu (52,1 milyon dollar) təşkil edəcək", - Assosiasiyadan bildirilib.

Ekspertlərin fikrincə, Rusiyadan ixracın məhdudlaşdırılması və Avropa bazarında təbii qaz qıtlığı fonunda bu vəziyyət artıq xammalın qiymətinin artmasına səbəb olub. Avropada qazın qiyməti bazar ertəsi birjada hər 1000 kubmetr üçün 1800 dolları ötüb.