Bundan sonra vətəndaşlar Hökumət Evində qəbul ediləcək

12:29 - 5.07.2022


5 iyul, Fineko/abc.az. İyulun 5-dən etibarən Hökumət Evi kimi tanınan inzibati binada (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84) yerləşən dövlət qurumları tərəfindən vətəndaşların qəbulunun vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə yaradılan Vətəndaşların Qəbulu Mərkəzi fəaliyyətə başlayıb.

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, Mərkəzdə vətəndaşların qəbulu İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), İqtisadiyyat, Energetika, Mədəniyyət və Kənd Təsərrüfatı nazirlikləri, Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Əqli Mülkiyyət Agentliyi, Meliorasiya və Su Təsərrüfatı ASC-nin məsul əməkdaşları tərəfindən həyata keçirilir.

Mərkəz Hökumət Evində yerləşən bütün dövlət orqanlarına vahid məkanda müraciət etmək imkanı yaradır.

 

Bütün xəbərlər