Yaponiya bunlardan məhrum ediləcək

05.07.2022,14:21


5 iyul, Fineko/abc.az. Yaponiya Rusiya nefti və təbii qazından məhrum ediləcək.

ABC.AZ xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib.

O qeyd edib ki, bununla yanaşı Yaponiya “Saxalin-1” layihəsində iştirakdan da məhrum ediləcək”.

Qeyd edək ki, Yaponiyanın Maliyyə Nazirliyi Rusiya ilə Belarusun vətəndaşlarını və şirkətlərini sanksiya siyahısına daxil edib.

Bundan başqa rəsmi Tokio Rusiyanın 65, Belarusun 25 şirkətinin ixrac etdikləri mallara yasaq qoyub.