Altı ayda Dövlət Vergi Xidməti dövlət büdcəsinə 6 milyard manatdan çox pul ödəyib

05.07.2022,15:33


5 iyul, Fineko/abc.az. 2022-ci ilin ilk 6 ayı ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6 milyard 482,1 milyon manat vəsait daxil olub.

ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu da proqnoza nisbətən 2 milyard 64,7 milyon manat və ya 46,7 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 2 milyard 140,1 milyon manat və ya 49,3 faiz çoxdur.

Həmin vəsaitin 67,6 faizi və yaxud 4 milyard 381,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 206,0 milyon manat və ya 38,0 faiz çox olub.

2022-ci ilin ilk altı ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 2 milyard 539,7 milyon manat vəsait təmin edilib.

Bu da proqnoza nisbətən 472,3 milyon manat və ya 22,8 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 501,5 milyon manat və ya 24,6 faiz çoxdur.