05.07.2022,15:50
5 iyul, Fineko/abc.az. “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb. Protokol Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İXM-in 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Onu da qeyd edək ki, bu şirkət 2022-ci ilin yanvar-may ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqdadır, 40.9 milyon dollar gəlir gətirməklə siyahıda 2-ci yerdə qərarlaşıb.
06 Avgust 2022 | 13:22
06 Avgust 2022 | 11:30
05 Avgust 2022 | 17:26
05 Avgust 2022 | 17:23
05 Avgust 2022 | 17:12
05 Avgust 2022 | 16:59
05 Avgust 2022 | 16:52
05 Avgust 2022 | 16:35
05 Avgust 2022 | 16:22
05 Avgust 2022 | 16:12
05 Avgust 2022 | 16:06
05 Avgust 2022 | 15:49
05 Avgust 2022 | 15:28
05 Avgust 2022 | 15:27
05 Avgust 2022 | 15:03