Neft düşdükdən sonra bahalaşır, Brent barrel başına $104,41 təşkil edir

09:35 - 6.07.2022


6 iyul, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri dünən kəskin düşmədən sonra, çərşənbə günü  keçirilən ticarətdə artmaqdadır.

London ICE Futures birjasında saat  09: 14-də Brent neftinin sentyabr fyuçersləri $1,64 (1,60%) - barrel başına $104,41-ə qədər bahalaşıb. 5 iyul ayının ticarətinin nəticələrinə görə, Brent neftin sentyabr fyuçersi $10,73 (9,45%) - barrel başına $102,77-ə düşdü.

Saat 09:15-də  Nyu-York əmtəə birjasının (NYMEX) ticarətində WTI neftinin avqust fyuçersləri $1,01 (1,02%) - barrel başına $100,51-ə yüksəldi. 5 iyul ticarətinin nəticələrinə görə, Brent neftinin avqust fyuçersi $9,41 (8,64%) - barrel başına $99,50-ə düşdü.


Bütün xəbərlər