OPEC-in Baş katibi vəfat edib

09:59 - 6.07.2022


6 iyul, Fineko/abc.az. Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Barkindo 63 yaşında vəfat edib.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Nigeriya Milli Neft Korporasiyasının rəhbəri Mallam Mele Kyari açıqlayıb.

Xatırladaq ki, Barkindo 2016-cı ilin avqust ayından etibarən təşkilatda Baş katib olaraq çalışıb.

Bütün xəbərlər