Sürücülük vəsiqəsindəki məlumatlar bundan sonra İSB-yə ötürüləcək

11:38 - 6.07.2022


6 iyul, Fineko/abc.az. Sürücülük vəsiqəsində əks olunan məlumatlar elektron qaydada İcbari Sığorta Bürosunun informasiya sisteminə ötürüləcək.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu, “İcbari sığortalar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Başqa sözlə, müvafiq icra hakimiyyəti orqanı öz elektron informasiya ehtiyatında mövcud olan nəqliyyat vasitəsi üzrə etibarnamədə və sürücülük vəsiqəsində əks olunan məlumatların İcbari Sığorta Bürosunun elektron informasiya sisteminə ötürülməsini təmin etməlidir.

Bütün xəbərlər