İyun ayında “AvtoVAZ”ın satışları 81 faizdən çox azalıb

12:30 - 6.07.2022


6 iyul, Fineko/abc.az. Bu ilin iyun ayında “AvtoVAZ”ın satışları 7,48 min avtomobilə qədər azaldıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 81.3% azdır.

ABC.AZ xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında şirkətin rəhbəri Maksim Sokolov deyib.

“İyun ayında satış 7484 avtomobil təşkil edib. Bu, cari ilin may ayına nisbətən 24.5% artım deməkdir”, – deyə o bildirib.

2021-ci ilin iyun ayında “Lada”nın satışı 40.1 min avtomobil təşkil edib.

Bütün xəbərlər