Azad edilmiş ərazilərlə bağlı güzəştli tqriflər nəzərdən keçirilir

17:02 - 6.07.2022


6 iyul, Fineko/abc.az. Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən iş adamlarının elektrik enerjisi, təbii qaz və suyun haqqını güzəştli tariflərlə ödəməsi imkanlarını nəzərdən keçirir.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Elxan Şiriyev bildirib.

"Hesab edirəm ki, bu güzəştlərlə bağlı paket 1-1,5 il müddətində hökumətə təqdim ediləcək", - o deyib.

E.Şiriyevin sözlərinə görə, bundan başqa, xammal siyahısı tərtib ediləcək: "Bu siyahı əsasında bəzi xammalların gömrük rüsumlarından azad edilməsi gözlənilir. Bu isə iqtisadi aktivliyin təmin edilməsi üçün həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə yeni istehsal sahələri qurulanda artıq sahibkarlar daha rəqabətli, cəlbedici olacaq".

Bütün xəbərlər