“Bakı Qida və Yağ Fabriki” MMC barədə məhkəməyə protokol göndərilib

07.07.2022,10:42


7 iyul, Fineko/abc.az. “Bakı Qida və Yağ Fabriki” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb. Protokol Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilib. İXM-in 485.2-ci maddasinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, “Bakı Qida və Yağ Fabriki” “Azərsun Holdinq” şirkətlər qrupuna daxildir, nizamnamə kapitalı 5 911 159 manatdır və qanuni təmsilçisi Şahəddin İbrahimovdur.