Razılaşmaların həyata keçirilməsi üzrə işə başlamaq lazımdır - Paşinyan

07.07.2022,12:03


7 iyul, Fineko/abc.az. “Ermənistan-Türkiyə sərhədinin açılmasına dair ilk razılaşmaların həyata keçirilməsi üzrə işə başlamaq lazımdır”.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. Onun sözlərinə görə, razılaşmaların həyata keçirilməsi üçün hər iki ölkənin müvafiq qurumlarının bu prosesi koordinasiya etməsi çox vacibdir.

Xatırladaq ki, iyulun 1-də Vyanada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında dördüncü görüş baş tutub. Görüş zamanı Türkiyə və Ermənistan arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılmasına dair razılıq əldə olunub.