"British Airways" aviaşirkəti 10 300 reysi ləğv edəcək

12:33 - 7.07.2022


7 iyul, Fineko/abc.az. Böyük Britaniyanın "British Airways" aviaşirkəti 10 300 reysi ləğv etmək qərarı verib.

ABC.AZ xəbər verir ki, buna səbəb işçi çatışmazlığıdır.

Belə ki, işçi azlığı problemi yaşayan şirkət avqust-oktyabr aylarına nəzərdən tutulan reysləri ləğv edəcək.

Qeyd olunur ki, şirkətin işçi çatışmazlığı biletlərə artan kəskin tələbat fonunda bir sıra ciddi problemlərə yol açıb. Reyslərin ləğvi Londonun Hitrou, Qatvik və Siti hava limanlarını əhatə edəcək.

Ümumilikdə post-pandemiya bərpa dövründə bu ilin aprelindən oktyabr ayınadək "British Airways" 30 minə yaxın reysi ləğv edib.

Bütün xəbərlər