Valyuta hərracında banklar tələbi artırdılar

13:06 - 7.07.2022


7 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib. 

AMB-nin məlumatında deyilir ki, iyulun 7-də keçirilən valyuta hərracında $39 mln satılıb bu, ötən hərracda olduğundan $500 min (1,30%) çoxdur.

"Banklar tərəfindən valyuta hərracında tələbat $39 mln. təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Bütün xəbərlər