Azad edilmiş ərazilərdə ipoteka krediti veriləcək

15:14 - 7.07.2022


7 iyul, Fineko/abc.az. İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa şəhərində ipoteka proqramının təşkili ilə əlaqədar işçi qrup yaradılacaq.

ABC.AZ xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat verilib.

Qeyd edilib ki, bu işçi qrupa Qarabağ Dirçəliş Fondu, Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv olan bankların daxil edilməsi nəzərdə tutulur.

İşçi qrup işğaldan azad edilmiş ərazilərdə həm bankların daxili vəsaitləri hesabına, həm də dövlət xəttilə güzəştli ipoteka proqramının formalaşdırılması istiqamətindəki rəy və təklifləri müzakirə edəcək.