SOCAR ötən il bu qədər mənfəət vergisi ödəyib

16:40 - 7.07.2022


7 iyul, Fineko/abc.az. 2021-ci ildə Dövlət Neft Şirkəti (SOCAR) 1,162 milyard manat mənfəət vergisi ödəyib.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, 2020-ci illə müqayisədə 3,9 dəfə çoxdur.

Xatırladaq ki, SOCAR ötən ili 2,115 milyard manat mənfəətlə başa vurub (əvvəlki ildən 1,734 milyard manat zərərlə çıxmışdı).

 

Bütün xəbərlər